AZ

Zelenski Trampın sülh planına cavab verdi – KİV

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa müttəfiqlərinin köməyi ilə ABŞ Prezidenti Donald Trampın sülh planına cavab hazırlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" qəzeti məlumat yayıb.

“Zelenski ABŞ təklifləri ilə razılaşmağa əsaslanan, lakin müəyyən şərtlərlə "bəli, amma" strategiyasından istifadə edir. Məsələn, Zelenski seçkilər keçirməyə hazır olduğunu bildirib, lakin bunun üçün atəşkəs tələb olunacaq. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılmasının, lakin mövcud səviyyədən aşağı olmamasının mümkünlüyünü tanıyır.

Bu yanaşma Zelenskiyə Ukrayna daxilində siyasi nüfuzuna ziyan gətirmədən Trampın sülh konsepsiyasını dəstəkləməyə imkan verib”, - məlumatda bildirilib./axar.az

Seçilən
50
turkustan.az

1Mənbələr