AZ

NATO-da Rusiyanın qlobal miqyasda dəniz təhlükəsinə qarşı hazırlığın gücləndirilməsi çağırışı səsləndirilib

Bakı. Trend:

NATO strateji yanaşmalarını yenidən nəzərdən keçirməli, təkcə“Atlantika uğrunda döyüş” və ya Avropadakı quru əməliyyatları iləməhdudlaşmayan, Rusiya ilə mümkün qarşıdurmalara hazırolmalıdır.

Trend xəbər verir ki, bufikirlər NATO Hərbi Kollecinin son analitik icmalında yer alıb.

İcmalın müəllifi, kollecin tədqiqatçısı Endryu Monaqan qeyd edibki, Rusiyanın bütün dəniz qüvvələrinin ardıcıl şəkildə inkişafetdirilməsi Moskvanın siyasətində əsas istiqamətlərdən biridir.Onun sözlərinə görə, bu yanaşma Rusiyaya geoiqtisadi rəqabətşəraitində özünü aparıcı güc kimi təqdim etmək imkanı yaradır.

Sənəddə vurğulanır ki, bu amil NATO-nun diqqətini yenidəndirçəldilən “Atlantika uğrunda döyüş” konsepsiyasından və yaŞimal-Şərqi Avropada quru əməliyyatları ssenarilərindən kənaraçıxararaq, qlobal miqyaslı, çoxcəhətli və müxtəlif xarakterliRusiya çağırışlarına yönəldir.

Seçilən
85
2
az.trend.az

3Mənbələr