AZ

ABŞ-da rus dondurmasını sevirlər?: İdxal üç ilin ən yüksək səviyyəsinə çatdı

ABŞ-da Rusiya istehsalı olan dondurmalara maraq xeyli artıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar ABŞ Milli Statistika Xidmətinin məlumatlarına istinad ediblər. Belə ki, sentyabr ayında ABŞ Rusiyadan dondurma idxalını üç il sonra ən yüksək səviyyəyə çatdırıb.

Sentyabr ayında Rusiya şirkətləri ABŞ-a 167.000 dollar dəyərində məhsul göndəriblər. Bu rəqəm əvvəlki ayın ixrac səviyyəsini 1,8 dəfə, 2024-cü ilin sentyabr ayının göstəricisini isə üç dəfə üstələyib. Sanksiyalar altında olan bu ölkənin ABŞ-a hazırki göstəriciyə bərabər, hətta bundan da çox ixracı sonuncu dəfə 2022-ci ilin aprelində olub.

Xatırladaq ki, üç il əvvəl ABŞ Rusiyadan milyonlarla dollar dəyərində dondurma almışdı. Ruslar 2022-ci ilin sonuna qədər ABŞ-a dondurma göndərməklə 8,4 milyon dollar qazanmışdılar.

Seçilən
63
publika.az

1Mənbələr