AZ

Deputat Arzuxan Əlizadə seçiciləri ilə görüşüb



Milli Məclisin deputatı Arzuxan Əli-zadə Bakı şəhəri, Sabunçu rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Newscenter.az xəbər verir ki, qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən sosial, məişət və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qaldırılan problemlərin bir qismi yerindəcə həll olunub, araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydlər aparılıb. Vətəndaş qəbulları əhalinin problemlərinin öyrənilməsi və həllinə dəstək məqsədilə mütəmadi olaraq davam etdirilir.

Süleyman
Seçilən
60
newscenter.az

1Mənbələr