Qobustanda yolların buz bağlaması zəncirvari qəzaya səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonunun Gənci ərazisində qeydə alınıb.
Belə ki, hava şəraiti ilə əlaqədar yol səthinin buz bağlaması nəticəsində bir neçə avtomobil idarəetmədən çıxaraq bir-birinə dəyib.
Hadisə səbəbindən yolda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşıb. Əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub və hərəkətin bərpası istiqamətində tədbirlər görülür.