AZ

“İnter Mayami” dünya çempionu heyətinə qatdı - 15 milyona

MLS-in son qalibi “İnter Mayami” heyətini gücləndirib. 

Fanat.Az xəbər verir ki, informasiyanı "MLS Soccer" yayıb. 

Mənbənin məlumatına görə, amerikalılar ispaniyalı yarımmüdafiəçi Rodriqo De Paulun hüquqlarını tam şəkildə alıb. De Paul keçən yay icarə müqaviləsi ilə “İnter Mayami”yə qoşulmuşdu. “Atletiko” ilə əldə olunan anlaşmanın məbləği 15 milyon avro təşkil edib.

2022-ci ilin dünya çempionu komandada 23 oyun keçirib və 2 qol vurub. O, son mövsümdə komandaya MLS Kubokunu qazanmağa kömək edib.

Seçilən
54
1
fanat.az

2Mənbələr