Məşhur Hollivud aktrisası Cennifer Eniston bayram tətili üçün planlarını açıqlayıb.
Publika.az "People" nəşrinə istinadla xəbər verir ki, o, hipnoterapevt olan sevgilisi Cim Körtis ilə səyahətə çıxacaq.
Nəşr mənbəsinə istinad edib.
"Tətillər zamanı o, hər şeyin tempini sanki aşağı salır, evindən həqiqətən də zövq alır və sevdikləri ilə vaxt keçirməyə çalışır. Bu il Eniston tətili Cimlə keçirəcəyindən çox məmnundur. Onların Yeni ild-ə qarlı bir yerə və günəşli bir ölkəyə səyahəti planlaşdırılıb", -ulduzun yaxını deyib.