Sidneydəki Bondi çimərliyində atışma baş verib.
Azreform.info xəbər verir ki, ilkin məlumatlara görə, hücum nəticəsində 10 nəfər həlak olub. Şahidlər 50-yə qədər atəş səsi eşidiblər.
Polis iki şübhəlini saxlayıb və əməliyyat davam edir. Bir şahid onlarla yaralı insan və çoxlu qan gördüyünü bildirib.
Daily Mail və Jerusalem Post qəzetlərinin məlumatına görə, atışma Hanuka bayramı şənlikləri zamanı baş verib.
Avstraliyanın Baş naziri Entoni Albanese Bondi çimərliyində "ciddi təhlükəsizlik təhdidi" olduğunu təsdiqləyib. Ölənlərin sayı hələ rəsmi olaraq açıqlanmayıb.
Yəhudi təqviminə görə Kislev ayının 25-ci günü başlayan və səkkiz gün davam edən yəhudi bayramıdır. Hanuka sözü ivrit dilində "həsr etmək" mənasını verir. Bu bayram Qriqorian təqvimi ilə dekabr ayına, noyabr ayının sonuna və ya çox nadir hallarda yanvarın əvvəlinə təsadüf edir. Bayram həmçinin "İşıq Festivalı" kimi tanınır.
Elvin
Azreform.info