AZ

Konqres Ukrayna üçün bu qanunu qəbul etməlidir

Ukrayna aktiv döyüşlər dayandırıldıqdan sonra yüksək səviyyədə müdafiə qabiliyyətini qorumağa və cəbhə xətti boyunca istehkamlar qurmağa məcbur olacaq.

Azreform.info xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun istefada olan polkovniki və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş müşaviri Mark Kançian bildirib.

Kançian deyib ki, ən yaxşı yol bu cür zəmanətlərin ABŞ Konqresi tərəfindən təsdiqlənməsi olar:

"Konqresdə hər hansı bir qanunun qəbul edilməsi asan deyil, lakin bu, ən yaxşı seçim olardı. Lakin qısa müddətdə onu həyata keçirmək çox çətindir".

Polkovnikin sözlərinə görə, ABŞ-ın öz kontingentini birbaşa Ukraynaya yerləşdirməsi ehtimalı azdır. Səbəblər arasında Kremlin "qırmızı xətləri" də var.(axar.az)

Seçilən
36
2
azreform.info

3Mənbələr