AZ

Levandovski meydana BU SƏBƏBDƏN çıxmadı

ain.az bildirir, Bakivaxti portalına istinadən.

İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovskinin La Liqanın XVI turunda "Osasuna" ilə (2:0) oyunda meydana çıxmamasının səbəbi müəyyənləşib.

Bakıvaxtı.az "Catalunya Radio"ya istinadən xəbər verir ki, 37 yaşlı futbolçu budunun arxasındakı problemlər üzündən oyunda iştirak etməyib.

Buna baxmayaraq o, ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, R.Levandovski cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 17 matçda 8 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 9 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
1
bakivaxti.az

3Mənbələr