AZ

Bəqayi: Belarus Prezidenti yaxın günlərdə İran xarici işlər nazirini qəbul edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi Belarusa səfəri çərçivəsində bu ölkənin prezidenti Aleksandr Lukaşenko ilə görüşməyi planlaşdırır.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib.

Onun sözlərinə görə, Əraqçinin Belarusun xarici işlər naziri Maksim Rıjenkov və yüksək vəzifəli rəsmilərlə də görüşləri nəzərdə tutulub.

"Yaxın iki-üç gün ərzində nazir Rusiya və Belarusa səfər edəcək. Rusiyada xarici işlər naziri Sergey Lavrovla görüşlə yanaşı, Dövlət Dumasının nümayəndələri ilə də görüşlər planlaşdırılıb", – Bəqayi mətbuat konfransında deyib.

Seçilən
36
3
bakivaxti.az

4Mənbələr