İngiltərə çempionatında noyabrın ən yaxşıları müəyyənləşib. İki nominasiya üzrə fərqli klubların üzvləri qalib adını qazanıb.
“Brentford”un hücumçusu İqor Tyaqo premyer-liqada noyabrın ən yaxşı oyunçusu seçilib. Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb. 24 yaşlı braziliyalı forvard azarkeşlərin və ekspertlərin iştirak etdiyi sorğunun nəticəsinə əsasən qalib olub. Qeyd edək ki, İqor ötən ay premier-liqada keçirdiyi 4 oyunda 5 qol vurub.
Noyabrın ən yaxşı baş məşqçisi üçün ayrılan mükafat isə “Çelsi”ni çalışdıran Entso Mareskaya çatıb. Paytaxt komandası ötən ay ölkə çempionatında keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 dəfə heç-heçə edib. Əlavə edək ki, “Çelsi” premyer-liqada 15 turdan sonra 25 xalla 5-ci yeri tutur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta