AZ

"Arsenal" bir rekordunu təkrarladı, daha bir ilki reallaşdırdı

London "Arsenal"ı iki avtoqol sayəsində "Vulverhempton"u məğlub edərək (2:1) özünəməxsus bir nailiyyəti təkrarlayıb, daha bir rekorda imza atıb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, "topçular" 2017-ci ildən bəri ilk dəfə qol vurmadan qələbə qazanıblar. O vaxt Arsen Vengerin başçılıq etdiyi londonlular Premyer Liqanın 28-ci turunda Robert Hutun avtoqolu sayəsində "Lester"i 1-0 hesabı ilə məğlub ediblər.

"Arsenal"ın "Vulverhempton"la matçda imza atdığı klub rekorduna gəlincə, komanda ilk dəfə hesabda geri düşdüyü matçda qol vurmadan kambək edib.  

London nəhəngi 16 turdan sonra 36 xalla Premyer Liqanın turnir cədvəlində liderliyini davam etdirir. İkinci və üçüncü yerlərdə müvafiq olaraq 31 və 30 xalla "Mançester Siti" və "Aston Villa" qərarlaşıb.

Seçilən
34
1
fanat.az

2Mənbələr