AZ

"Kəpəz"lə "Qəbələ" üz-üzə gəlir - CANLI YAYIM

Bu gün Premyer Liqanın XV turunda daha iki görüş baş tutacaq.

Sportinfo.az xəbər verir ki, əvvəlcə "Kəpəz" Yevlax şəhər stadionunda "Qəbələ"ni qəbul edəcək.

Rəvan Həmzəzadənin idarə edəcəyi görüş 14:00-da start götürəcək. "Qəbələ" hazırda turnir cədvəlində 8 xalla 10-cu pillədə qərarlaşıb. 6 xala malik Gəncə təmsilçisi isə 11-cidir.

Günün sonuncu görüşü "Azərsun Arena"da keçiriləcək. "Qarabağ" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Rəşad Əhmədovun baş hakimi olacağı matç 17:30-da başlayacaq. "Qarabağ" 30 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alıb. "Araz-Naxçıvan" isə 23 xalla 6-cıdır.

Turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" isə "Turan Tovuz"u (3:1) məğlub edib. Tura dekabrın 15-də yekun vurulacaq.

4:00. "Kəpəz" – "Qəbələ" 0:0

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.

VAR: Cavid Cəlilov.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Yevlax şəhər stadionu

"Kəpəz": 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 9. Luis Paçu 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov

"Qəbələ": 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 27. Eşqin Əhmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 30. Prins Ovusu
Baş məşqçi: Kaxaber Tsxadadze

17:30. "Qarabağ" – "Araz-Naxçıvan"

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

"Azərsun Arena"

Seçilən
60
sportinfo.az

1Mənbələr