AZ

Avstraliyada atışma baş verib - VİDEO

Avstraliyanın Sidney şəhərində keçirilən şənliklər zamanı silahlı hücum baş verib.

Day.Az xəbər verir ki, yayılan videoda Sidney şəhərindəki Bondi çimərliyində əlində tüfəng olan iki silahlı şəxsin ətrafa atəş açdığı əks olunub.

Polis hücum edənlərin saxlanılması məqsədilə çimərlik zonasında xüsusi əməliyyat həyata keçirib.

Hüquq-mühafizə orqanlarının "X" sosial şəbəkəsində yaydığı məlumata əsasən, polis Bondi çimərliyində baş verən hadisəyə dərhal müdaxilə edib və vətəndaşları həmin ərazidən uzaq durmağa çağırıb.

Atışma nəticəsində 10 nəfər həyatını itirib. Ölənlər arasında uşaqlar və bir polis əməkdaşı da var. Silahlı şəxslərdən biri zərərsizləşdirilib, digəri isə yaralanıb və ona ilkin tibbi yardım göstərilir.

Seçilən
38
4
day.az

10Mənbələr