AZ

Müharibə bitməsə, beynəlxalq yarışlara buraxılmayacaqlar

style='margin-bottom:10px;'>

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyələrinə baxmayaraq, Rusiya komandalarının beynəlxalq yarışlarda iştirakı ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil. 

QOL.az xəbər verir ki, bu barədə RTE məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, UEFA rəsmiləri hesab edirlər ki, Rusiya yalnız Ukrayna ilə sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq futbol arenasına qayıda bilər.

Qeyd edək ki, dekabrın 11-də BOK-un İcraiyyə Komitəsi beynəlxalq federasiyalara rusiyalı və belaruslu idmançıların yeniyetmə yaş kateqoriyalarında keçirilən turnirlərdə bayraq və himnlə iştirakına icazə verilməsini tövsiyə edib.

Xatırladaq ki, Rusiya klubları və milli komandaları 2022-ci ildən etibarən FİFA və UEFA-nın bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırılıb.

Seçilən
60
1
teleqraf.com

2Mənbələr