AZ

Rusiya ordusu Zaporojyedə supermarketə zərbə endirib, yaralılar arasında uşaq da var

Rusiya ordusu Ukraynanın Zaporojye şəhərinin rayonlarından birində yerləşən ATB supermarketinə zərbə endiriblər. Hücum nəticəsində azı 6 nəfər, o cümlədən bir uşaq yaralanıb.

APA xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov Telegram-da məlumat verib.

“Altı yaralı var, onların arasında uşaq da var: Zaporojyeyə qarşı düşmən hücumu nəticəsində tibbi yardıma ehtiyacı olanlar arasında uşaq və FHN əməkdaşı da mövcuddur. Ticarət mərkəzinə hücumdan sonra zərərçəkənlər həkimlərə müraciət etməyə davam edir. Bundan əlavə, təcili yardım briqadaları digər zərbə nöqtələrinə göndərilib”, – deyə o yazıb.

Paylaşılan görüntülərdə ATB supermarketinin ciddi şəkildə zədələndiyi görünür. Fedorov bildirib ki, obyektin daxili hissələri dağıdılıb, insanlara isə lazımi tibbi yardım göstərilir.

Bundan başqa, Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri şəhərə hücumun davam etdiyini də əlavə edib. Şəhərin digər rayonunda avtomobillər yanıb.

“Hazırda həmin rayon üzrə zərərçəkənlər barədə məlumat daxil olmayıb. Hücum davam edir. Təhlükəsiz yerlərdə qalın”, – deyə Fedorov vurğulayıb.

O, həmçinin Zaporojye vilayətində partlayış səslərinin eşidildiyini də bildirib.

Seçilən
64
2
apa.az

3Mənbələr