Şri-Lankada "Ditva" qasırğası nəticəsində həlak olanların sayı 643 nəfərə çatıb.
Azreform.info xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatında bildirilib.
Qurumdan bildirilib ki, son günlər ölkə ərazisində qeydə alınan güclü yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 643 nəfərə çatıb. Məlumata görə, daha 184 nəfər itkin düşmüş hesab olunur.
Qeyd olunub ki, güclü tropik siklon genişmiqyaslı daşqınlara və ciddi dağıntılara səbəb olub. Təbii fəlakət Şri-Lankanın bütün 25 dairəsini əhatə edib və ümumilikdə 1 milyon 364 min 481 nəfər zərər çəkib.