AZ

Sidneydə silahlı hücum: 10 nəfər ölüb, 16 nəfər yaralanıb

Sidneydə silahlı hücum: 10 nəfər ölüb, 16 nəfər yaralanıb

Sidneydə Bondi çimərliyində baş verən atışma nəticəsində yaralananların sayı 16 nəfərə çatıb.

Bu barədə yerli KİV-də məlumat yayılıb. Xəbəri Yeni Cənubi Uels ştatının təcili tibbi yardım xidməti təsdiqləyib.

Qurumun açıqlamasına görə, yaralıların hamısı xəstəxanaya yerləşdirilib, onlardan biri isə Sidneydə yerləşən uşaq xəstəxanasına aparılıb.

Hadisə yerinə 26 təcili yardım briqadası və xilasetmə maşınları cəlb olunub.

Atışma nəticəsində 10 nəfər həyatını itirib.

Hücum zamanı silahlı şəxslər yəhudi bayramı Hanukaya həsr olunmuş tədbirdə iştirak edən insanlara atəş açıblar.

Hücum edənlərdən biri yerindəcə zərərsizləşdirilib, iki nəfər isə saxlanılıb.

Seçilən
31
afn.az

1Mənbələr