AZ

Sidney çimərliyində atışma: Çox sayda ölü və yaralı var - VİDEO

Sidneydə məşhur Bondi-Biç çimərliyində baş verən atışma nəticəsində doqquz nəfər həyatını itirib. Onuncu qurban hücuma keçən şəxslərdən biri olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı yerli polis idarəsi yayıb.

Hücum nəticəsində 12 nəfər xəsarət alıb, onlardan bəziləri hadisə yerinə gələn polislərdir.

İsrail Prezidenti İsxak Herzog bildirib ki, Bondi-Biçdəki atışma yəhudi icmasına qarşı yönəlib.
 

“Sidneydə, Avstraliyada yaşayan bacılarımız və qardaşlarımız Bondi çimərliyində ilk Hanuqə şamını yandırmaq üçün toplandıqları zaman iyrənc terrorçular tərəfindən hücuma məruz qaldılar”, — deyə Herzogun mətbuat xidməti açıqlayıb.


Prezident əlavə edib ki, onlar Avstraliya hökumətini ölkədə yayılmış və cinayət xarakterli antisemitizmi aradan qaldırmaq barədə dəfələrlə xəbərdar ediblər.

Eyni zamanda İsrailin Xarici İşlər naziri Saar bu hadisəni son iki ildə Avstraliya küçələrində baş verən antisemit dəhşətinin nəticəsi kimi qiymətləndirib.

Hadisənin detalları

Avstraliya KİV-lərinin verdiyi məlumata görə, naməlum şəxslər Sidneydə Bondi-Biç çimərliyində atəş açıblar. Guardian Australia bildirir ki, ən azı on iki güllə atılıb. Polis iki şəxsin saxlandığını deyib. Sakinlər və turistlər həmin ərazidən uzaqlaşdırılıb. Hadisə yerində olan jurnalistlərin sözlərinə görə, atəş səslərini eşidən çimərlikdəki yüzlərlə insan qaçmağa başlayıb.
 

Sidney Morning Herald qəzeti çox sayda xəsarət alanların olduğunu xəbər verib. Şahidlərin məlumatına görə, çimərlikdə ən azı 50 güllə atılıb. Sosial şəbəkələrdə yayılan videolarda iki kişinin uzun silahlardan atəş açdığı görünür.


News.com.au qəzeti isə 10 nəfərin öldüyünü xəbər verib, lakin hakimiyyət bunu təsdiqləməyib.

The Jerusalem Post xəbər verir ki, çimərlikdə yəhudi bayramı Hanuqə ilə bağlı tədbir keçirilirdi. Avstraliya Sionist Federasiyasının prezidenti Jeremi Leibler bildirib ki, çimərlikdə təxminən 2 min yəhudi icması üzvü olub.

Daily Mail isə şahidlərə istinadən yazır ki, atəş iki nəfər tərəfindən açılıb və onlar çimərliyə avtomobillə gəliblər.

Polis bildirir ki, Bondi çimərliyində iki nəfər saxlanılıb. Əməliyyat davam edir və ictimaiyyətə həmin ərazidən uzaq durmaq tövsiyə olunur.






Bizim.Media

Seçilən
46
1
bizim.media

2Mənbələr