AZ

Tramp bu ölkələri hədələdi


ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında münaqişə dayandırılmayacağı təqdirdə, Tailand və Kamboca hakimiyyətini onların məhsullarına yeni tariflər tətbiq etməklə hədələyib.
Yeniavaz.com
xəbər verir ki, Amerika lideri bunu “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə bildirib.
“Mən 10 dəqiqə əvvəl Tailand və Kamboca arasında yeni bir gərginliyi həll etmək üçün tariflərdən istifadə etdim. Mən dedim ki, əgər müharibəyə başlasanız, mən nəinki ticarət müqaviləmizi ləğv edəcəyəm, həm də ölkələrinizə tariflər tətbiq edəcəyəm”, - deyə Amerika lideri qeyd edib.
“Bunu məndən başqa heç kim edə bilməz”, - deyə o, əmin edib.
Digər tərəfdən, Tramp cümə günü Tailand və Kambocanın baş nazirləri ilə telefonla danışdığını bildirib. Ağ Ev rəhbəri iki liderin 24 saat ərzində hərbi əməliyyatları dayandırmaq və sülh müqavilələrinin həyata keçirilməsinə qayıtmaq barədə razılığa gəldiklərinə əminlik bildirib.
Qeyd edək ki, oktyabr ayında ABŞ Prezidentinin iştirakı ilə Tailand və Kamboca baş nazirləri 47-ci ASEAN Zirvə Toplantısı çərçivəsində sərhəd münaqişəsinin sülh yolu ilə həlli üçün əlavə addımları müəyyən edən birgə bəyannamə imzalayıblar. Tərəflər gərginliyin azaldılmasına, etimadın bərpa edilməsinə və qarşılıqlı faydalı münasibətlərin qurulmasına sadiq olduqlarını vurğulayıblar.
Seçilən
52
yeniavaz.com

1Mənbələr