AZ

Yuventus a yayda gələn oyunçu qışda gedir SON DURUM

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Yuventus”un sağ cinah müdafiəçisi Joau Mariu qış transfer pəncərəsində klubdan ayrılmağı nəzərdən keçirir. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira öz "X" sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.

“Qoca Sinyora” portuqaliyalını cəmi altı ay əvvəl transfer etsə də, yeni baş məşqçi Luçano Spalletti ona güvənmir. 25 yaşlı müdafiəçi daha çox meydanda olmaq istəyir, ona görə də o, komandadan yanvarda ayrıla bilər.

Joau Mariu cari mövsümdə 11 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" sabiq “Portu”lu futbolçunun qiymətini 10 milyon avro dəyərləndirir. Onun Turin nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər qüvvədədir.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
fanat.az

2Mənbələr