AZ

Küçədə Putini görmək mümkündür?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Rusiya Prezidenti Vladimir Putin maşın sürür və bundan həzz alır”.

“Cebheinfo.az”-ın TASS-a istinadən məlumatına görə, Prezidentin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə bildirib.

Peskov Putinin şəhərdə həmişə "yanıb-sönən işıqlar və siqnallarla" maşın sürmədiyini, bəzən isə kortejlər olmadan sakitcə hərəkət etdiyini deməsinə belə münasibət bildirib.

Kreml sözçüsü deyib ki, Rusiya Prezidentinin şəhərdə "sakitcə" maşın sürmək barədə dediyi sözlər "hamı kimi" deməkdir. Lakin adi sürücülərin Prezidenti görə biləcəkləri barədə suala Peskov "Çətin ki, görə bilsinlər" cavabını verib.

Putin 50 ildən çox təcrübəsi olan sürücüdür. İllər ərzində o, ilk avtomobili olan "Zaporojets", həmçinin "Jiguli" və "Volqa" nı, eləcə də ən son rus avtomobillərini: üç "Lada" modelini (Kalina, Vesta, Aura) və "Aurus"u idarə edib. Rusiya Prezidenti yalnız maşın sürməkdə usta deyil, o, Krım körpüsünün açılışında "KamAZ" yük maşını sürüb. 

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
161
1
cebheinfo.az

2Mənbələr