Duqlas Adams. “Avtostopla qalaktikada səyahət”
Maskın dediyinə görə, yeniyetmə vaxtı oxuduğu bu kitab onun düşüncə tərzinə böyük təsir göstərib. “Avtostopla qalaktikada səyahət” yumoristik dildə yazılmış fantastik romandır. Kifayət qədər məşhurdur, əsasında eyniadlı film də çəkilib. Kitabdan bir çox sitatlar olduqca məşhurdur. Onlardan birini İlon Mask özünün “Tesla Roadster” maşınını kosmosa göndərərkən monitora çıxarmışdı: «Don’t Panic!»
Həyatın ən vacib sualına cavabın “42” olması isə yəqin, dünyadakı ən yaxşı fəlsəfi zarafatlardan biridir. Bu zarafat bizə əsas məsələnin cavabda deyil, sualda olduğunu öyrədir.
Uolter Ayzekson. “Bencamin Franklinin bioqrafiyası”
Uolter Ayzekson bir sıra məşhur şəxslərin bioqrafiyasını maraqlı üslubda qələmə alıb. O cümlədən, Maskın özünün də. ABŞ dövlətçiliyinin əsasını qoyanlardan biri olan Bencamin Franklin də müəyyən mənada XVIII əsrin vizioneri idi. Onun bioqrafiyası maraqlı macəra romanına bənzəyir. Məsələn, bu şəxs Qolfstrim cərəyanının xəritəsini tərtib edib, mason lojasının üzvü olub, siyasi fəaliyyətilə paralel maraqlı ixtiralar edib... Yellənən kreslonun patenti məhz ona məxsusdur. İlon Maskın bu qədər hərtərəfli bir insana maraq göstərməsində təəccüblü heç nə olmamalıdır. Çünki özü də ondan geri qalmamağa çalışır.
Con Tolkin. “Üzüklərin hökmdarı”
Bi fentezi-saqanın xüsusi təqdimata ehtiyacı yoxdur. Romanın özü də, haqqında çəkilən film də kifayət qədər məşhurdurlar. İlon Maskın sözlərinə görə, vaxtilə bu kitab ona çox güclü təsir edib. Çünki saqanın alternativ mifoloji dünyası olduqca canlı təsvir olunub, hadisələr dinamik ikişaf edirlər, qəhrəmanlar isə dünyanı xilas etməyə çalışır. Eynilə Maskın arzuladığı kimi.
Ceyms Qordon. “Konstruksiya. Niyə dayanır və uçulurlar?”
Britaniyalı professor bu əsərində mühəndis qurğularının – körpülərin, yolların, evlərin, su bəndlərinin, gəmilərin necə layihələndirildiyini və tikildiyini təsvir edir. Mask bu kitabı nəyisə qurub-yaratmağa çalışan hər kəsə məsləhət görür. Özü də raketləri düzəldərkən kitabdakı məsləhətlərdən istifadə edir. Kitabı anlamaq üçün fizikanı bilmək vacib deyil, onun dili sadədir və kütləvi oxucu üçün uyğunlaşdırılıb.
Tariyel Həsənov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta