AZ

Sidneydə baş verən atışma nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2

Sidneydə (Yeni Cənubi Uels ştatı) Bondi çimərliyində baş verən atışmada həlak olanların sayı 12 nəfərə yüksəlib.

"Report"un "News.com.au" saytına istinadən verdiyi məlumata görə, atışma terror aktı kimi təsnif edilib.

Atəş açanlardan birinin şəxsiyyəti də müəyyən olunub – onun Navid Əkrəm olduğu bildirilib.

"ABC News"un məlumatına görə, ştat polisi hadisə yerində şübhəli əşya aşkarlayıb, bunun kustar üsulla hazırlanmış partlayıcı qurğu olduğu ehtimal edilir və onun zərərsizləşdirilməsi üzərində iş aparılır.

Qeyd edək ki, bayram tədbirinə təxminən yəhudi icmasının 2 min nəfər nümayəndəsi qatılıb.

Sidneydə Bondi çimərliyində Hanuka bayramı münasibətilə keçirilən tədbirdə iki silahlı şəxs atəş açıb, nəticədə 10 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "NewsWire" yerli polisə istinadən məlumat yayıb.

"Silahlılardan biri öldürülüb, digəri isə tibbi yardım alır. Onlar Bondi çimərliyində məqsədli şəkildə atəş açaraq 10 nəfəri öldürüblər", - deyə bildirilib.

Həlak olanlar arasında uşaqlar və bir polis zabiti də var.

Polisin fikrincə, cinayətkarlar bu hadisəni bir neçə ay ərzində planlaşdırıblar.

Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib.

"Report"un "BNO News"a istinadən verdiyi məlumata görə, yayılan videoda əlində tüfəng olan iki silahlı şəxsin atəş açdığı görünür.

Polis silahlı şəxslərin tutulması üçün çimərlik ərazisində xüsusi əməliyyat keçirib.

"Polis Bondi çimərliyində baş verən insidentə reaksiya verib və ictimaiyyəti bu ərazidən uzaq durmağa çağırıb. Hadisə yerində olan hər kəs təhlükəsiz yerə sığınmalıdır", – hüquq mühafizə orqanlarının "X" sosial şəbəkəsindəki yaydığı məlumatda qeyd olunub.

Portal şahidlərə istinadən yeddi nəfərin xəsarət aldığını bildirir.

Seçilən
22
11
far.az

10Mənbələr