“New York Times” Mərmərə dənizinin altındakı fay xətlərində son 20 ildə qeydə alınan seysmik hərəkətləri əhatə edən genişmiqyaslı analitik yazı yayımlayıb. Təhlildə “Mərmərə dənizinin dərinliklərində narahatedici hərəkətlilik müşahidə olunduğu” vurğulanaraq, İstanbulun güclü zəlzələnin təsiri altına düşə biləcəyi qeyd edilib.
Professor Naci Görür sözügedən iddiaya öz sosial şəbəkə hesabında münasibət bildirib:
“Dostlar, bir Amerika qəzetinin paylaşımından sonra Mərmərə dənizində zəlzələ xəbərləri yenidən alovlanıb. Kim nə deyir, bilmirəm. Mərmərə dənizində tarixdən əvvəl, Bizans dövründə və Osmanlı dövründə zəlzələlər olub. Bundan sonra da olacaq. Şəhəri zəlzələyə davamlı etmək çox vacibdir”.
Musavat.com
