Braziliyanın "Flamenqo" klubunun futbolçusu Olavio Juninyo komandasını dəyişəcək.
Milli.Az xəbər verir ki, 29 yaşlı hücumçu yanvarda Meksikanın "Pumas" klubuna keçəcək.
Paytaxt təmsilçisi bu transfer üçün Braziliya komandasına 5 milyon avro ödəyəcək. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Olavio Juninyo bu ilin yanvarında "Qarabağ"dan "Flamenqo"ya keçib. Onun Ağdam təmsilçisinə qayıdacağı ilə bağlı şayiələr yayılmışdı. /Teleqraf
Milli.Az