“Real”ın yarımmüdafiəçisi Federiko Valverde səhhəti ilə bağlı ciddi problemlər yaşayır.
Publika.az xəbər verir ki, bu barədə DAZN jurnalisti Serxio Kirante məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, uruqvaylı futbolçu son üç həftədir diskomfort hiss edir, lakin buna baxmayaraq oyunlara çıxmağa davam edir. Qeyd olunur ki, Valverde komandanın hazırkı çətin vəziyyətində nə komanda yoldaşlarını, nə də baş məşqçi Xabi Alonsonu məyus etmək istəmir.