AZ

Tramp Berlinə niyə getmədi? Səbəb bilindi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ nümayəndə heyəti və Avropa liderləri ilə görüşü zamanı danışıqlarda heç bir irəliləyiş olmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Dmitri Novikov deyib.

“Avropa İttifaqı (Aİ) olduqca aqressiv mövqe tutur. Hətta ABŞ buna görə çox çətin vəziyyətlə üzləşir. Vaşinqton əksər Aİ liderlərinin və ya Zelenskinin özünün mövqeyini poza bilməz. Bu insanlar həm siyasi, həm də maliyyə faydaları gətirən müəyyən bir xətt müəyyən ediblər.

Tramp özü görüşdə iştirak etmədi, çünki avropalılar və Zelenskinin onun mövqeyi ilə razılaşması baxımından heç bir irəliləyiş olmayacağını anlayır” – deyə millət vəkili qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
globalinfo.az

1Mənbələr