AZ

Rusiyalı idmançıların neytral bayraqları da əllərindən ALINDI

Beynəlxalq Bobsley və Skeleton Federasiyası (IBSF) rəsmi saytında rusiyalı idmançıların neytral statusda yarışlara buraxılması ilə bağlı qaydaları dərc edib.

Bizim.Media xəbər verir ki, qaydalara əsasən, rusiyalı idmançılar beynəlxalq yarışlarda hətta neytral bayraq altında da çıxış etməyəcəklər.
 

Onların mükafatlandırma mərasimləri zamanı musiqi səsləndirilməyəcək və təltifetmə tam sükut şəraitində keçiriləcək.


Bundan əlavə, bildirilib ki, neytral idmançılara və onların köməkçi heyətinə IBSF tədbirləri zamanı qarışıq zonadan keçmək və ya mətbuat konfranslarında iştirak etmək qadağandır.

Həmçinin onlara IBSF tədbirləri çərçivəsində KİV-ə müsahibə vermək də yasaqlanıb.

Bizim.Media

Seçilən
12
3
bizim.media

4Mənbələr