Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru RafaelQrossi tərəfindən İranın 60% dərəcəsində zənginləşdirdiyi 400 kquran haqda hesabatını təkrarlaması reallıqda hər hansı dəyişiklikyaratmır.
Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransındadeyib.
Onun sözlərinə görə, AEBA baş direktoru davamlı şəkildə bir sırahalları, cümlələri və hesabatları təkrarlayır. Bu məsələ mövcudreallığı dəyişdirmir. Mövcud reallıq budur ki, İran NüvəSilahlarının Yayılmamasına dair Sazişin (NPT) üzvüdür. İran buüzvlüklə qorunma (safeguards) razılaşması çərçivəsində bütünöhdəliyini anlayır və öhdəliyini yerinə yetirib.
Bəqai bildirib ki, AEBA baş direktorunun İranın yerinə buvəziyyətin səbəbkarlarına müəyyən məsələləri ünvanlamasıgözlənilir. Halbuki AEBA baş direktoru, həmçinin AEBA DirektorlarŞurası İranın dincməqsədli nüvə obyektlərinin ABŞ və İsrailtərəfindən vurulmasına hətta ötəri şəkildə münasibət bildirməkdənçəkiniblər. Belə bir vəziyyətdə ədalətli mövqe sərgilənməyib vəmövqelər birtərəflidir. Bu mövqelər isə problemi həll edəbilməz.
İran rəsmisi əlavə edib ki, AEBA baş direktoru agentliyinəsasnaməsinə uyğun olaraq öz səlahiyyətlərinin vacibliyini qeydetməli və bu məsələlərə öz texniki baxışını yönəltməlidir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumlarıedib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhvedildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.