AZ

Ülvi Quliyev xüsusi medalla təltif olundu - FOTOLAR

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 12–14 dekabr 2025-ci il tarixlərində IX dan qara kəmər sahibi, dünya şöhrətli şotokan karate ustadı Hitoşi Kasuyanın rəhbərliyi altında XXXIII Ümumrespublika Texniki Seminar və İmtahan keçirilib.

"Unikal" xəbər verir ki, tədbir çərçivəsində əlamətdar hadisə baş verib. Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, vitse-prezidentlər Fizuli Musayev və Rəhman Hətəmov, eləcə də Texniki və Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi Dünya Şotokan Karate-Do Federasiyası (WSKF) tərəfindən təsis edilən “Dünya Çempionları Klubu”nun xüsusi medalı ilə təltif olunublar.

Mükafat dünya çempionu olmuş və hazırda Azərbaycanda şotokan karatenin inkişafı, beynəlxalq standartlara uyğun təbliği, gənclər arasında populyarlaşdırılması və ölkəmizin beynəlxalq arenada layiqincə təmsil olunması istiqamətində göstərilən uzunmüddətli və səmərəli fəaliyyətə görə təqdim edilib.

WSKF tərəfindən verilən bu yüksək qiymət Azərbaycan Karate Federasiyasının beynəlxalq idman ictimaiyyəti ilə əməkdaşlığının və ölkədə karate idmanının davamlı inkişafının göstəricisi kimi dəyərləndirilir.

Seçilən
38
6
unikal.az

10Mənbələr