AZ

Qəssam briqadalarının komandiri Səəd öldürüldü

Qəssam briqadalarının komandiri Səəd öldürüldü

HƏMAS silahlı qanadı İzzəddin əl-Qəssam briqadalarının komandirlərindən olan Raid Səədin İsrailin həyata keçirdiyi hava zərbəsi nəticəsində öldüyünü təsdiqləyib.

HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil əl-Həyyə açıqlamasında “mücahid komandir” Raid Səədin (Əbu Muaz) İsrail hücumu zamanı yanında olan silahdaşları ilə birlikdə “şəhid olduğunu” bildirib.

Qeyd edək ki, Raid Səəd İzzəddin əl-Qəssam Briqadalarının ən önəmli tarixi liderlərindən biri hesab olunur və hərəkatın hərbi strukturunda iyirmi ildən artıq müddət ərzində mühüm rollar oynayıb.

Səəd 2003-cü ildən etibarən Qəssam Briqadalarının hərbi şurasının üzvü olub və briqadaların baş komandanı Məhəmməd Dəiflə yaxın münasibətləri ilə tanınıb.

Xatırladaq ki, İsrail ordusunun dekabrın 13-də Qəzza şəhərinin qərbində bir avtomobili hədəf aldığı hava zərbəsi nəticəsində 4 fələstinli ölüb.

İsrail ordusu həmin hücumun Qəzza şəhərində HƏMAS-ın yüksək rütbəli üzvlərindən biri olan Raid Səədi hədəf aldığını açıqlamışdı.

Seçilən
103
2
afn.az

10Mənbələr