Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Misli Premyer Liqasının 15-ci turu çərçivəsində bu gün Yevlaxda "Kəpəz"ə 0:1 hesabı ilə uduzan "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, gürcü mütəxəssis belə danışıb:
"Kəpəz"i təbrik edirəm. Amma belə qırmızı vərəqə almaq olmaz. Pis danışmaq istəmirəm, amma bu şəkildə ancaq biz qırmızı ala bilərdik. Qolun necə vurulduğunu anlamadım. Ağırdır. Vəziyyəti yaxşılaşdırmalıyıq. Bu gün Murad da yox idi. Bu mövsüm hədəfimiz dəyişməz qalır. Hədəf imkana bağlı məsələdir. Desəm ki, avrokuboklarda oynayacağıq, düzgün olmaz. Hər matçda mübarizə aparmalı, xal hesabımızı artırmalıyıq. Bu meydanın örtüyü süni olsa da, oynamaq olar. "Şamaxı"nın stadionundan daha yaxşıdır".
Sanqarenin aqibəti necə olacaq? Bu mövsüm oyunçu dəyişməyəcəyik. Razıyam, çox səhv edir.
O, "Sizə elə gəlmirmi ki, qapıçı Səlahət Ağayev də rəqabətsizlikdən əziyyət çəkir?" sualına da cavab verib: "Rəqabər olmalıdır. Yeni qapıçı transferi üzərində işləyirik".
Nihat
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.