
Sidneydə Bondi çimərliyində baş verən atışma zamanı həyatını itirənlər arasında avstraliyalı ravvin Eli Şlenger də olub.
AFN.az xəbər verir ki, bu barədə İsrailin dövlət telekanalı "Kan" məlumat yayıb.
Bildirilir ki, Şlengerə yəhudi bayramı Hanuka münasibətilə şam yandırılan zaman atəş açılıb. Şahid deyib: “Bayram başlamışdı, şamları yandırmağa hazırlaşırdıq ki, qəfildən səs gəldi və sonra başa düşdük ki, bu atəş idi. Ravvin öldürülənlər arasında idi”.
Hücum zamanı silahlılar tədbir iştirakçılarına atəş açıb. İlkin məlumata görə, ən azı 12 nəfər ölüb, 16 nəfər yaralanıb, onlardan 2-si polisdir.
Hücum edənlərdən biri saxlanarkən öldürülüb, digəri yaralanaraq kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.