GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Keniyalı ətraf mühit fəalı Trufena Muthoni üç gün ağaca sarılaraq rekord qırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Aksiyas Keniyanın Nyeri şəhərindəki hökumət binasının ərazisində baş tutub.
“Üç günlük tədbirin bir hissəsi olaraq, Trufena iqlim dəyişikliyindən xüsusilə təsirlənəcək əlilliyi olan insanların problemlərinə diqqət çəkmək üçün gözləri bağlı şəkildə dayanıb. Bu zaman o, az qala yuxuya gedəcəkdi”, – deyə bildirilib.
Qeyd edək ki, sözügedən fəalın əvvəlki oxşar addımı 48 saat davam etmişdi.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.