AZ

Azər Bağırovdan qələbə şərhi

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində bu gün Yevlaxda "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edən "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "sarı-göylər"in çalışdırıcısı belə danışıb: 

"Maraqlı oyun oldu. Bir qol vurulsa da, hər iki komanda çox sayda hücum qurdu. Yenə epizodlardan istifadə edə bilmədik. 6 yox, 9 xallıq oyun idi. Qələbə sayəsində "Karvan"dan aralandıq. 

Bəzən 7, bəzən 6 yerli oyunçu ilə oynayırıq. Qolun müəllifi Ohori də bəzi digər futbolçular kimi inkişaf edir. Fərqli mövqelərdə oynadırıq.

Paçu niyə ehtiyatdan qoşuldu? Bu, taktiki plan idi. Ehtiram Şahverdiyevlə başlamağı uyğun saydıq. O da ikinci hissədə cinahda oynadı".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
fanat.az

2Mənbələr