AZ

KİV: ABŞ nümayəndə heyəti Ukrayna üzrə danışıqlar üçün Berlinə gəlib

KİV: ABŞ nümayəndə heyəti Ukrayna üzrə danışıqlar üçün Berlinə gəlib

ABŞ nümayəndə heyəti Ukraynadakı münaqişənin həlli üzrə danışıqlar aparmaq üçün Berlinə gəlib.

Nümayəndə heyətinin tərkibində prezidentin xüsusi elçisi Stiven Uitkoff və Donald Trampın kürəkəni iş adamı Cared Kuşner təmsil olunur.

AFN.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Bildirilir ki, nümayəndə heyəti bazar günü səhər paytaxtın mərkəzindəki otelə yerləşib. ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar Avropa ölkələrinin iştirakı ilə bu gün Berlində davam edəcək. İlkin mərhələdə danışıqlar siyasi müşavirlərin səviyyəsində, qapalı qapılar arxasında keçiriləcək. Görüşdə Almaniya nümayəndələrinin də iştirak edəcəyi gözlənilir.

Danışıqlar ABŞ səfirliyinin yaxınlığında, Brandenburq Qapısına yaxın yerləşən Adlon otelində aparılır. Ukrayna tərəfdən Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Ümerov iştirak edir. Berlinin mərkəzində təhlükəsizlik çoxsaylı polis əməkdaşları tərəfindən təmin edilir. "Bild" qəzetinin məlumatına görə, Volodimir Zelenski də Berlindədir.

Seçilən
163
50
afn.az

10Mənbələr