“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi David Silva “şəhərlilər”ə transfer qərarı barədə danışıb.
İngiltərə klubu 2010-cu ildə ispaniyalı “Valensiya”dan transfer etmişdi. Həmin dövrdə dünya çempionunun “Barselona”ya keçə biləcəyi iddia olunsa da, o, Kataloniya klubundan imtina edib.
Sportinfo.az “Managing Barca”-ya istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu, İngiltərədə hər şeyin tam fərqli olduğunu bildirib:
“Az adam “Barselona”dan imtina edərdi, amma o vaxt “Mançester Siti” mənim üçün ən yaxşı seçim idi. Orada möhtəşəm 10 il keçirdim.
Mənə çox isti münasibət göstərirdilər, hər şeyi qazandıq, komanda daim inkişaf edirdi. İngiltərədə hər şey tam fərqlidir”.
David Silva 2020-ci ildə peşəkar futbolçu karyerasını başa vurub. O, “Mançester Siti”nin heyətində 4 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.