Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusarrayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasının baş verməsivə vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədəməlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusarrayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləricəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA”markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı vəvətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığımüəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksizvəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardımbriqadasına təhvil verilib.
Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfərmüxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.