Xəbər verildiyi kimi, məşhur şoumen Mehmet Ali Erbil özündən 40 yaş kiçik həyat yoldaşı Gülseren Ceylandan ayrılır.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi böyük yaş fərqindən irəli gələn fikir ayrılıqları və bitib-tükənməyən mübahisələr olub.
Mehmet Ali Erbil təxminən 2 illik münasibətdən sonra avqustun 28-də Gülseren Ceylanla nikah masasına əyləşmişdi. Lakin bu evlilik cəmi 3 ay yarım ay davam edib.

Ceylan Erbil soyadını daşıdığı instaqram hesabını bağlayıb, Mehmet Ali Erbil isə nikah fotolarını sosial şəbəkə hesablarından silib. Bu addımlar boşanma şayiələrini daha da gücləndirib. Eyni zamanda Ceylanın təxminən bir həftə əvvəl evi tərk etdiyi qeyd olunur.
İddialara əsasən, Erbil boşanma prosesini başlatmaq üçün vəkilinə etibarnamə verib. Bildirilir ki, sənədlər sabah məhkəməyə təqdim ediləcək.
Qeyd edək ki, bu, Mehmet Ali Erbilin 6-cı evliliyidir.