Fanat saytına istinadən ain.az xəbər verir.
"Əl-İttihad"ın ulduz hücumçusu Kərim Benzema karyerasını vətəni Fransada davam etdirmək barədə yayılan informasiyaya münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Lequipe"-nin əməkdaşı 37 yaşlı forvarddan "Olimpik Lion"a qayıtmaq istəyini soruşub.
"Bunu mümkünsüz saymaq olmaz. Konkret fikir bildirməkdə çətinlik çəkirəm. Mən ora qayıtmaq istəyirəm. Heç vaxt nə olacağını bilmək olmur. Bu, qayıtmaqdan qorxmaqla əlaqəli deyil. Sadəcə, bəzən hər şeyi olduğu kimi saxlamaq daha yaxşıdır. Ola bilsin, kluba başqa bir şəkildə kömək edə bilərəm … Amma oyun baxımından bilmirəm".
Hücumçu Fransa klubunun akademiyasının məzunudur. O, "Lion"un heyətində bütün turnirlərdə 148 oyunda iştirak edib, 66 qol vurub və 25 məhsuldar ötürmə edib.
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.