AZ

İtaliya A Seriyası: “Sassuolo” “Milan”ın liderlik yürüşünü dayandırdı VİDEO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliya A Seriyasının 15-ci turunda “Milan” öz meydanında “Sassuolo” ilə 2:2 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, “Cüzeppe Meatsa” stadionunda keçirilən görüşdə “Milan”ın hər iki qolunu 19 yaşlı sol cinah müdafiəçisi David Bartesaqqi vurub. Qonaq komandanın qollarına isə İsmail Kone və Arman Loryente imza atıblar.

Bu nəticədən sonra “Milan” oyun sayı baxımından üstünlüyə malik olaraq 32 xalla turnir cədvəlinin zirvəsində yer alıb. 31 xalı olan “Napoli” və 30 xala sahib “İnter” hazırda “rossoneri”ni təqib edir. “Sassuolo” isə 21 xalla mövqeyini möhkəmləndirib.

Növbəti turda “Milan” evdə “Verona”nı qəbul edəcək, “Sassuolo” isə “Bolonya” ilə qarşılaşacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
1
icma.az

2Mənbələr