Pənah Hüseyn AXP sədrliyindən istefa verib
Bakuinfo.net xəbər verir ki, Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq millət vəkili Pənah Hüseyn vəzifəsindən istefa edib.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə, AXP-nin VII (növbədənkənar) qurultayı keçirilib və qurultay Pənah Hüseynin istefasını qəbul edib.
Qurultayın qərarı ilə Qiyas Sadıqov Azərbaycan Xalq Partiyasının yeni sədri seçilib.