Dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bakuinfo.net xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Salyan, Hacıqabul və Qobustan rayonlarında şimal-qərb küləyi əsəcək.
Küləyin sürətinin 13,9–20,7 m/san təşkil edəcəyi gözlənilir.