ain.az, Qol.az saytına istinadən bildirir.
"Milan" liderlik yolunda büdrədi
İtaliya A Seriyasının 15-ci turunda keçirilən "Milan" -"Sassuolo" oyunu gərgin mübarizə şəraitində 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, Massimiliano Alleqrinin yetirmələri qələbə qazana bilməsələr də, daxili çempionatdakı məğlubiyyətsizlik seriyasını 14 oyuna çatdırıblar (9 qələbə, 5 heç-heçə).
14 dekabr (bazar)
"Milan" - "Sassuolo" - 2:2
Qollar: D.Bartesaqi, 34, 47 – İ.Kone, 13, A.Loryente, 77
Qeyd edək ki, "qırmızı-qaralar" cari mövsümdə yeganə məğlubiyyətini mövsümün ilk turunda doğma meydanda "Kremoneze"yə qarşı alıblar (1:2). Hazırda turnir cədvəlinin zirvəsində qərarlaşan Milanın liderliyi sual altındadır. Belə ki, turun digər nəticələrinə görə "Napoli" və "İnter" onları ötüb zirvəyə yüksələ bilər. Komanda növbəti matçını isə komanda dekabrın 18-də İtaliya Superkubokunun yarımfinalı çərçivəsində məhz "Napoli"yə qarşı keçirəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.