Xəbər verdiyimiz kimi, Avstraliyanın Sidney şəhərində yerləşən məşhur Bondi-Biç çimərliyində silahlı insident baş verib. Atışma nəticəsində 12 nəfər ölüb, 29 nəfər yaralanıb. Ölənlər arasında uşaqlar da var.
NOCOMMENT.az musavat.com -a istinadən xəbər verir ki, yayılan kadrlarda orta yaşlı bir kişinin cinayətkara xəlvətcə yaxınlaşaraq onun atəş açdığı tüfəngi əlindən aldığı görünür.
Məlumata görə, terrorçunu tərksilah edən 43 yaşlı Əhməd əl-Əhməd müsəlmandır və Sazerlenddə meyvə mağazasının sahibidir.
Terrorçularla qarşıdurma zamanı Əhməd iki dəfə qolundan yaralansa da, mübarizəni davam etdirib.
O, hazırda xəstəxanadadır və həyatına heç bir təhlükə yoxdur.