Keçmiş model Ebru Şancı Öztürk səfər etdiyi ölkələrin birində kürü qiymətini soruşub.
Musavat.com xəbər verir ki, Şancının aldığı cavab onu heyrətə salıb.
250 qram kürünün 280 min TL olduğunu öyrənən Ebru təəccübünü gizlədə bilməyərək, “Bunu yeyən insan ayaqyoluna getməyə heyfslənər” deyə reaksiya verib.
Ebru Şancı məşhur futbolçu Alpaslan Öztürklə 2015-ci ildə ailə qurub. Cütlüyün Ceylin və Mila adlı əkiz qızları, Kürşad Fırat adlı oğlu var. Ailə qurduqdan sonra podiumla vidalaşan və bir müddət aparıcılıq edən Şancı hazırda sosial şəbəkələrdə paylaşdığı əyləncəli postlarla diqqət mərkəzində qalır.