Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiev San-Fransiskoda ABŞ-ın “Silikon Vadisi”ndəki startap icmasının üzvləri və texnologiya şirkətlərində çalışan
azərbaycanlılarla görüşüb.
Bizim.Media xəbər verir ki, nazir bu barədə öz X sosial şəbəkə səhifəsində yazıb.
R.Nəbiev bildirib ki, görüş zamanı mütəxəssislərin ölkəmizin rəqəmsal sektorunun inkişafına nə kimi töhfə verə biləcəyi və Azərbaycandan mümkün dəstək imkanları barədə fikir mübadiləsi aparılıb.

Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta