AZ

Honkonqda demokratiya dövrü başa çatır: Ən böyük müxalif partiya özünü buraxdı...

Çin hakimiyyətinin təzyiqi altında 30 ildən çox fəaliyyət göstərən Demokratik Partiya ləğv olunması barədə qərar qəbul edib...

Poliqon xəbər verir ki, Honkonqda Çinin mərkəzi hakimiyyətinin artan siyasi təzyiqi fonunda şəhərin ən böyük prodemokratik siyasi qüvvəsi olan Demokratik Partiya özünü buraxmaq barədə səsvermə keçirib. Qərar partiyanın 30 ildən artıq davam edən fəal siyasi fəaliyyətinə son qoyur və Çin tərkibində yarımmuxtar statusa malik şəhərin bir vaxtlar pluralist olan siyasi mənzərəsinin faktiki olaraq sona çatdığını göstərir.

Associated Press Agentliyinin yazdığına görə, Demokratik Partiyanın sədri Lo Kin-hey bildirib ki, mövcud siyasi mühit bu qərarın qəbul edilməsində əsas amillərdən biri olub. Onun sözlərinə görə, partiya üzvlərinin təxminən 97 faizi təşkilatın ləğv olunmasının lehinə səs verib.

“Zaman dəyişdiyi üçün biz dərin təəssüf hissi ilə bu fəsli bağlamalı oluruq”, deyə Lo Kin-hey vurğulayıb.

Onilliklər ərzində Honkonq rəhbərinin seçilməsində ümumi seçki hüququnun tətbiqini müdafiə edən bu mülayim müxalif partiyanın süqutu, ekspertlərin fikrincə, 1997-ci ildə şəhərin Böyük Britaniyadan Çinə qaytarılmasından sonra Honkonqa vəd edilmiş azadlıqların tədricən məhdudlaşdırılmasının bariz göstəricisidir. Agentlik qeyd edir ki, milli təhlükəsizlik qanunlarının sərtləşdirilməsi və müxalifətə qarşı sistemli təzyiqlər şəhərdə siyasi fəaliyyət imkanlarını kəskin şəkildə daraldıb.

Poliqon.info

Seçilən
79
poliqon.info

1Mənbələr